Zəmanət

ZƏMANƏT ŞƏRTLƏRİ

  1. İstehsalçı “Malın adı, İMEİ” qrafasında göstərilmiş məhsulun keyfiyyətinə zəmanət verir.
  2. Hazırki şərtlərə müvafiq olaraq, istehsalçı məhsulun yeni, tam komplektləşdirilmiş, istifadə olunmamış və qüsursuz olduğuna dair zəmanət verir. Bundan əlavə, istehsalçı zəmanət verir ki, istismar və xidmət şərtləri gözlənildikdə bu məhsul qüsursuz xidmət göstərəcək.
  3. Məhsulun zəmanət müddəti satış tarixindən etibarən 12(on iki) ay təşkil edir.
  4. Anlaşılmazlıqların qarşısını almaq üçün, sizdən istifadəçi təlimatı, zəmanət şərtləri ilə tanış olmağı, zəmanət talonunun doldurulmasının düzgünlüyünü yoxlamağı xahiş edirik. Zəmanət talonu yalnız aşağıdakılarn düzgün və dəqiq göstərildiyi təqdirdə etibarlıdır: Məhsulun modeli (artikulu)  seriya nömrəsi (İMEİ), satış tarixi, satıcı-firmanın dəqiq möhürü. Model və məhsuldakı seriya nomrəsi (İMEİ) zəmanət talonunda göstərilənlərə uyğun olmalıdır.
  5. Bu şərtlər pozulduqda, həmçinin zəmanət talonunda göstərilən məlumat dəyişdirildikdə, əlavə olunduqda, silindikdə və ya köçürüldükdə zəmanət talonu etibarsız sayılır. Bələ olan halda, satış tarixini təsdiq edən digər sənədlər olmadıqda, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə uyğun olaraq zəmanət müddəti məhsulun istehsal tarixindən hesablanır.
  6. Bu zəmanət talonu ilə məhsulda istehsalçının günahı ucbatından yaranan çatışmazlıqlar aşkar edildikdə istehsalçı istehlakçıların tələblərinin ödənilməsi üzrə, istehlakçıların hüquqlarının müdafiəsi haqqında mövcud qanunvericilikdə müəyyən edilmiş öhdəlikləri öz üzərinə götürməyi təsdiq edir. İstehsalçı aşağıdakı şərtlərə əməl edilmədikdə təminat öhdəlikləri üzrə istehlakçıların tələblərinin ödənilməsindən imtina hüququnu özündə saxlayır.
  7. İstehsalçının zəmanət öhdəlikləri zəmanət öhdəliklərinin yerinə yetirildiyi ölkənin qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir.
  8. Zəmanət müddəti ərzində məhsulda nasaz hissələrin (hissələrin, qovşaqların, montaj detallarının) dəyişdirilməsi bütün məhsul və ya dəyişdirilən hissələr üçün yeni zəmanət müddətinin yaradılmasına gətirib çıxarmır. İstehsalçı məhsullarda  istifadə olunan proqram təminatının (PT) istehlak xüsusiyyətlərini daim təkmilləşdirir, bir sıra məhsullar üçün şirkətin rəsmi mənbələrində istifadəçilərin yararlana biləcəkləri proqram əlavələr vasitəsi ilə istehlakçılar tərəfindən PT-nin müstəqil şəkildə yenilənməsi, eləcə də istifadəçinin razılığı olduqda PT-nin avtomatik rejimdə yenilənməsi imkanını təmin edir. İstehsalçı alış zamanı quraşdırılan və ya istehsalçının iştirakı olmadan xidmət müddəti ərzində dəyişdirilən PT versiyasının məhsulda saxlanmasına görə məsuliyyət daşımır. İstehsalçı həmişə məhsuldakı PT-nin aktual versiyasını istifadə etməyi tövsiyə edir . PT-nin yenilənməsi zəmanət təmiri sayılmır.
  9. Göstərilən zəmanət şərtləri yalnız istehsal xarakterli qüsurlara aiddir.
  10. Zəmanət öhdəlikləri aşağıdakı elementlərə şamil olunmur: 
    • Aksessuarlar (çexollar, çantalar, tutqaclar, əlavə proqram təminatı və s.);
    • Məhsulun təbii aşınmaya məruz qalan hissələri. Bu zaman təbii aşınma dedikdə məhsulun uzun müddət işlənməsi nəticəsində onun texniki vəziyyətinin və xarici görünüşünün pisləşməsinə səbəb olan istismar nəticələri nəzərdə tutulur.

    Zəmanət həmçinin aşağıdakı hallarda təsir göstərmir:

    • Əgər şəxsi təlabat üçün nəzərdə tutulan məhsul sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, eləcə də onun birbaşa təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə olunubsa;
    • Məhsulla birgə istehlakçıya verilən istifadəçi təlimatı və digər sənədlərdə göstərilən, məhsulun istismarı və quraşdırılması üzrə qayda və şərtlərin pozulduğu halda;
    • Məhsulun yanlış saxlanması və ya qulluğu zamanı (ixtisassız təmir izləri daxil olmaqla), habelə defektin qarşısıalınmaz qüvvələrin təsiri, bədbəxt hadisələr, istehlakçının vəya üçüncü şəxslərin qəsdən və ya ehtiyatsız hərəkətləri nəticəsində yarandığı zaman;
    • Əgər mexaniki zədələr məhsulun istehlakçıya verilməsindən sonra aşkarlanarsa, rütubət, yüksək və ya aşağı temperatur, korroziya, oksidləşmənin təsiri, məhsulun içinə kənar əşya, maddə, maye, həşarat və ya heyvanların düşməsi nəticəsi yaranan zədələr daxil olmaqla, defektin təbii fəlakətlər (daşqın, yanğın, ildırım və s.) nəticəsində yarandığı təqdirdə;
    • Əgər zədələr (nöqsanlar) kompüter virusları və analoji programların təsiri; məhsulun parollarının (kodlarının) təyin edilməsi,dəyişdirilməsi və ya pozulması,məhsulun qabaqcadan quraşdırılmış PT-nin modifikasiyası və (və ya) yenidən quraşdırılması, üçüncü istehsalçıların (qeyri-orijinal) PT-nin quraşdırılması və istifadəsi, məhsulun toplayıcıların formatlaşdırılması, servis kodunun tətbiq edilməsi nəticəsində meydana gəlibsə;
    • Əgər zədələr (nöqsanlar) qidalandırıcı, kabel, telekommunikasiya şəbəkələrinin, radiosiqnal gücünün standartlara və ya texniki reqlamentlərə uyğunsuzluğu nəticəsində, o cümlədən relyef xüsusiyyətləri  və bu kimi digər xarici amillər, məhsulun şəbəkənin təsir zonasının sərhədində və ya ondan kənarda istifadəsi, məhsula digər uyğun olmayan və ya nasaz xarici qurğuların qoşulması səbəbindən yaranıbsa;
    • Əgər zədələr və ya qüsurlar məhsulun konstruksiyası və ya sxeminin dəyişdirilməsi, istehsalçı tərəfindən nəzərdə tutulmayan xarici qurğuların qoşulması, qeyri-standart (qeyri-orijinal) və (və ya) keyfiyyətsiz (zədələnmiş) məxaric materialları, ləvazimatlar (aksessuarlar), ehtiyyat hissələri, qida elementləri və yaddaş kartı, SİM-kartlar daxil olmaqa, amma kifayətlənməyərək müxtəlif növ informasiya daşıyıcılarının istifadəsi nəticəsində yaranıbsa;
  11. Zəmanət müddəti ərzində düzgün doldurulmuş zəmanət talonu və alış faktını təsdiq edən sənədlər (mal, kassa çeki və s.) təqdim olunduqda istehsalçı aşkar edilmiş qüsurları pulsuz aradan qaldırmağı öhdəsinə götürür.
  12. İstehsalçı nöqsanı aradan qaldırılması üsulunu özü seçir.
  13. Məhsulun tam və ya qismən dəyişdirildiyi halda, yeni məhsul öz zəmanət hüquqlarını təqdim etmiş şəxsə məxsus olur. Bu zaman  qüsurlu məhsul və ya onun elementləri istehsalçının mülkiyyətinə verilir.
  14. Zəmanət xidmətinə hüququ olan şəxsin yuxarıda sadalananlardan başqa digər hüquqları yoxdur. Bu vəziyyət qanunvericilik qaydasında müəyyən edilmiş hüquq və öhdəlikləri ləğv etmir.
  15. İstehsalçı məhsulun birbaşa və ya dolayısı ilə insanlara, ev heyvanlarına, əmlaka vurduğu mümkün ziyana görə məsuliyyət daşımır, əgər bu, məhsulun quraşdırılması, istismarı qaydalarına və şərtlərinə riayət edilməməsi; alıcının (istehlakçının) və ya üçüncü şəxslərin qəsdən və ya ehtiyatsız hərəkətləri nəticəsində baş veribsə. Həmçinin istehsalçı məhsulun informasıya və məlumatların itirilməsi, zədələnməsi və ya dəyişdirilməsi nəticəsində birbaşa və ya dolayısı ilə vurduğu mümkün ziyana görə məsuliyyət daşımır.
  16. İstehlakçi tərəfindən telefonun ekranina dəymiş zərərə görə istehsalçı heç bir məhsuliyyət daşımır

Sürətli çatdırılma

Orginal zəmanət

Təhlükəsiz şəkildə ödəniş imkanı

14 gün ərzində geri qaytarılma imkanı


*2777