Geri qaytarılma

GERİ  QAYTARMA  ŞƏRTLƏRİ

 

           İstehlakçılar tərəfindən, Bytelecom mağazalar şəbəkəsindən alınan məhsullar malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir.

Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri, “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

 

Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri aşağıdakı kimidir:

  • İstehlakçının tələbinə - qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır;
  • Əgər satıcı, istehsalçı malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmur;
  • İstehlakçı tərəfindən əldə edilmiş məhsul və komplektasiyasına daxil olan hissələrin əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı saxlanılıbsa və mal istifadə olunmayıbsa (mexaniki zədələr, cızıqlar, sürtülmələr yoxdursa, birdəfəlik qablaşdırmalı məhsullar üçün isə qablaşdırma açılmayıbsa bu hallarda o dəyişdirilə bilər;
  • Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir;
  • Məhsulun əldə olunması nəğdsiz ödənişlə edilibsə, ödənişin geri qaytarılması ilə bağlı şirkət tərəfindən müvafiq banka sorğu göndərilir. Ödəniş bank tərəfindən müştərinin kartına (1-3 iş günü müddətində) geri qaytarılır;

 Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.


Bizi seçdiyiniz üçün minnətdarıq !

Ətraflı: * 2 777

Sürətli çatdırılma

Orginal zəmanət

Təhlükəsiz şəkildə ödəniş imkanı

14 gün ərzində geri qaytarılma imkanı